Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mutu SOCAR-dan aldığı pulu görün nəyə xərcləyir - FOTO

Mutu SOCAR-dan aldığı pulu görün nəyə xərcləyir - FOTO

Tarix: 16 Mart 2024 17:16

"Neftçi"nin sabiq, "Kluj"un isə hazırkı baş məşqçisi Adrian Mutu bahalı avtomobillərə olan həvəsi ilə tanınır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, veteran futbolçu bu yaxınlarda kolleksiyasına120 min avro dəyərində olan "Mercedes" avtomobilini əlavə edib. 45 yaşlı məşqçi ​​Almaniya brendinin "GLE 53 AMG Coupe" modelini alıb.

"Cancan" qəzetinin yazdığına görə, bu avtomobildən Rumıniyada başqa heç kimdə yoxdur.

Kapotun altında 435 at gücü hasil edən, 100 km/saata 5 saniyədə çatan altı silindrli mühərriki var. Maksimum sürəti 250 km/saat olan avtomobilin bazar qiyməti 110 min avrodur. Lakin Mutunun seçdiyi avadanlıqlar bu məbləğin daha 10 min avro artması ilə nəticələnib.

Qeyd edək ki, Mutu "Neftçi"də ili bir milyon avroya çalışırdı. Uğursuz nəticələrdən sonra klub rəhbərliyi ona kompensasiya verərək yola saldı. "Neftçi"nin baş sponsoru SOCAR-dır.


Etiketlər:  Mutu SOCAR aldığı pulu görün nəyə xərcləyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ