Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sibel Canın keçmiş qayınanası görün kim imiş - FOTO

Sibel Canın keçmiş qayınanası görün kim imiş - FOTO

Tarix: 18 Mart 2024 19:30

Karyerası və şəxsi həyatı ilə gündəmə gələn, Türkiyənin məşhur müğənnisi Sibel Canın keçmiş həyat yoldaşı Hakan Ural bu dəfə sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Ural bu dəfə nənəsi və anası ilə illər əvvəl çəkdirdiyi fotosunu paylaşıb.

Hakan Uralın yayımladığı fotonu görənlər təəccüblərini gizlədə bilməyiblər. Hakan Uralın anası Ceyhan Cemin "Yeşilçam" ulduzu olduğu üzə çıxıb. 

Ceyhan "Cemile" filmində Cüneyt Arkınla birlikdə rol alıb.

Xatırladaq ki, Sibel Can ilə Hakan Ural 1988-ci ildə məşhur sənətçi Zerrin Özerin evində gizlicə evlənmişdi. Cütlük 11 il sonra - 1999-cu ildə boşanıb. Onların Melisa Ural və Engincan Ural adlı iki övladı var.

Hakan Ural 2005-ci ildə Ezgi Can Uralla ailə həyatı qurub.

Milli.Az


Etiketlər:  Sibel Canın keçmiş qayınanası görün kim imiş FOTO


RƏYLƏR