Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan banklarından Rusiyaya boykot

Ermənistan banklarından Rusiyaya boykot

Tarix: 19 Mart 2024 12:16

Rusiyanın milli kart ödəmə sistemi "Mir" martın 30-na kimi Ermənistanın əksər banklarında fəaliyyətini dayandıracaq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, "VTB Armenia" istisna olmaqla, digər əksər bankların bankomat və pos-terminalları "Mir" üzrə xidmət göstərməyəcək. Qeyd edilib ki, hazırda "Mir" kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.

Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir, onlardan 22-si Yerevandadır. Ölkə üzrə müştərilərin ixtiyarında olan 190-dan çox bankomat da mövcuddur.

Kart sisteminin nümayəndəsi isə bildirib ki, "Mir" sistemi xarici tərəfdaşlarla işi məhdudlaşdırmır, lakin digər ölkələrin bankları "Mir" kartlarını cihazlarının şəbəkəsində qəbul etmək barədə öz qərarlarını verirlər.


Etiketlər:  Ermənistan banklarından Rusiyaya boykot


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ