Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 14:00
Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirliyinin əməkdaşını "persona non qrata" ("arzuolunmaz şəxs") elan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Moldova XİN mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi Rusiya tərəfdən Dnestryanı bölgəsində prezident seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qurulması göstərilib. Qərara əsasən, həmin diplomat ölkədən çıxarılacaq.
Buna cavab olaraq, Rusiya XİN bildirib ki, Moldovada səfirliyik əməkdaşının "persona non qrata" elan edilməsi qərarına cavab veriləcək.