Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Demişdilər ki, toya getmə sənə fəxri ad verək"

Tarix: 19 Mart 2024 14:45

Əməkdar artist Mətanət İsgəndərli mərhum Xalq artisti Məmmədbağır Bağırzadə haqda maraqlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "O üz" proqramında danışan müğənni onun toylara getməmə səbəbini açıqlayıb:

"Bir müddət toylara getmədi. Fikirləşirdi ki, sənətinə yuxarıdan aşağı baxmasınlar. Toya gedən müğənnilərə ad vermirdilər. Onu kəndə toya çağırmışdılar. Heç kim inanmırdı ki, gələr. Demişdilər ki, toya getmə ad verək sənə. Söhbət Sovet dövründən gedir. O, toya gəlmişdi. Sonra dövlətimiz ona ad verdi. Elə sevinirdi ki". 

Milli.Az


Etiketlər:  Demişdilər ki toya getmə sənə fəxri ad verək


RƏYLƏR