Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu açıqlandı - SİYAHI

Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu açıqlandı - SİYAHI

Tarix: 20 Mart 2024 11:12

Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

Siyahının ilk dörd pilləsində "Qarabağ"ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.

1. Leandro Andrade ("Qarabağ") - 3,3 milyon avro

2. Toral Bayramov ("Qarabağ") - 2,4 milyon

3. Juninyo ("Qarabağ") - 2,2 milyon

4. Elvin Cəfərquliyev ("Qarabağ") - 1,8 milyon

5. Kahim Parris ("Sabah") - 1,3 milyon

6. Suleyman Alluş ("Səbail") - 1,2 milyon

7. Marko Yankoviç ("Qarabağ") - 1 milyon

8. Ayxan Süleymanlı ("Sumqayıt") - 900 min

9-10. Salifu Suma ("Zirə") - 800 min

9-10. Julio Romao ("Qarabağ") - 800 min

Milli.Az


Etiketlər:  Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu açıqlandı SİYAHI


RƏYLƏR