Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədi sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Ağcabədi sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Tarix: 18 Noyabr 2019 13:12

Bakı. Trend:

Ağcabədi sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyev Laçın RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

T.Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı 1 ədəd “İJ-58” markalı və 1 ədəd “Laurona-710” markalı ov tüfəngləri, 34 ədəd patron və 7 ədəd ovlanmış turac quşu aşkar edilərək götürülüb.

Bununla yanaşı, noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağcabədi sakinlərindən qanunsuz tüfəngləri götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ