Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 13:36
Bakı. Samir Əli - Trend:
Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün saat 12:00-dan 15:00-a qədər Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində qisa müddətli fasilə yaranacaq:
"Fasiləyə səbəb 35/6 kv-luq yarımstansiyasında aparılan yenidənqurma işləridir. "Azərişıq" yaranmış narahatlığa görə Istehlakçılardan üzr istəyir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin