Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 10:18
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə misirli qadınlar muzeyinin yaradılmasına dair göstəriş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Misir lideri bu barədə Beynəlxalq Analar Günü və Misir Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə danışıb.
O vurğulayıb ki, muzeyin yaradılmasında məqsəd misirli qadınların irsini qorumaq, eləcə də qədim və müasir Misirdə onların hüquq və imkanlarının genişləndirilməsi prosesini sənədləşdirməkdir.
Əs-Sisi qeyd edib ki, muzey yeni inzibati paytaxtda yerləşəcək.