Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynaya kütləvi hücum: Zaporojye AES-ə ziyan dəydi

Ukraynaya kütləvi hücum: Zaporojye AES-ə ziyan dəydi

Tarix: 22 Mart 2024 14:34

Ötən gecə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, ölkənin əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Partlayışlarla əlaqədar bəzi şəhərlərdə elektrik enerjisi dayanıb. Təkcə Zaporojye vilayətində 7 ev dağılıb, 35 evə ziyan dəyib. Həmçinin yaralılar var.

Bundan başqa, ölkənin Nijni-Novqorod, Lvov, Sumı Xmelnitski və digər vilayətlərinə də raket hücumu olub.

Xarkovda 15-ə yaxın partlayış səsi eşidilib.

Raket hücumları həmçinin Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinə də təsir edib. Belə ki, elektrik xətti zədələnib.

 

Milli.Az


Etiketlər:  Ukraynaya kütləvi hücum Zaporojye AES ə ziyan dəydi


RƏYLƏR