Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Silahın yarısı Bakıya getdi, qalanını Kiyevə verə bilərik"

Tarix: 22 Mart 2024 23:16

Martın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski regional səfər etmədi və Ermənistana gəlmədi. Amma Ermənistan üçün təhlükə aradan qalxmadı, çünki NATO-nun Baş katibi Yens Stoltenberq gədi.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan qeyd edib.

O bildirib ki, Zelenski və Stoltenberq eyni planı həyata keçirir - Ermənistanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək, Ermənistanın Rusiya ilə düşmənçiliyini daha da dərinləşdirmək, mümkünsə, Ermənistan ərazisində erməni-rus hərbi toqquşmalarına nail olmaq:

"Stoltenberq Ermənistanda elan edib. "Mən sizin Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin müharibədə qalib gəlməməsi üçün əllərindən gələni etməyə çağırıram". NATO-nun baş katibi İrəvanda Ermənistanı Rusiyanın qələbəsinin qarşısını almaq üçün əlindən gələni etməyə, yəni müttəfiqinin məğlubiyyətinə töhfə verməyə çağırır. KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovun NATO üzvü Litvaya və ya Polşaya səfər etməsini və həmin ölkələrin liderlərinin iştirakı ilə Vladimir Zelenskinin qələbəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğunu deməsini təsəvvür edə bilirsinizmi? Belə bir şey mümkün deyil, çünki Litva və ya Polşa heç vaxt düşmən hərbi-siyasi ittifaqın rəhbərinin öz ölkəsinə gəlməsinə imkan verməyəcək, nəinki belə bəyanatla çıxış etsin".

Babacanyan Ermənistanın "Rusiyanın məğlubiyyəti üçün" nə edə biləcəyinə aydınlıq gətirməyə çalışıb:

"Ermənistan son 35 ildə Rusiyadan aldığı silahların bir hissəsini Azərbaycana təhvil verdi (44 günlük savaşda Azərbaycan Ordusunun qənimət olaraq ələ keçirdiyi 5 milyard dollarlıq silahdan söhbət gedir - red.), amma hələ də nəsə qalıb. NATO-nun baş katibinin Ermənistana bu silah və sursatların Ukraynaya təhvil verilməsi barədə göstəriş verəcəyi də istisna edilmir. Onlar təklif edə bilərlər ki, Ermənistan öz silah-sursatını Ukraynaya versə, Ukrayna müharibəsi başa çatdıqdan sonra Ermənistanı Qərb istehsalı olan daha müasir silahlarla təmin edəcəklər. Bu sxem müxtəlif ölkələrin timsalında istifadə olunur.

Paşinyan NATO-nun tələbini ödəyə, Ermənistanın silah-sursatını Ukraynaya verə bilərmi? Əlbəttə, bilər. Bəraət qazandırmaq olar ki, onsuz da o silahlar köhnəlmişdi, o silahlar 44 günlük müharibə zamanı öz təsirsizliyini göstərdi, bizə bu silah-sursat lazım deyil".

Milli.Az


Etiketlər:  Silahın yarısı Bakıya getdi qalanını Kiyevə verə bilərik


RƏYLƏR