Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçu məşq zamanı öldü

Futbolçu məşq zamanı öldü

Tarix: 23 Mart 2024 18:42

Boliviyanın "Real Santa Kruz" klubunun kolumbiyalı futbolçusu Gilyermo Beltran ölüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 24 yaşlı futbolçunun vəziyyəti məşqdə pisləşib.

Klubun məşqindən əvvəl ürəyinin bulandığını, başının gicəlləndiyini deyən Beltran hazırlığın gedişində yerə yıxılıb. Hücumçu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, Beltran bu mövsüm "Real Santa Kruz"da meydana çıxdığı 24 oyunda 1 qol və 3 asistlə yadda qalıb.

Milli.Az


Etiketlər:  Futbolçu məşq zamanı öldü


RƏYLƏR