Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskva teraktını MKİ hardan bilirdi?

Moskva teraktını MKİ hardan bilirdi?

Tarix: 23 Mart 2024 18:54

MKİ dünyanın hər yerində geniş kəşfiyyat şəbəkəsinə malik olmaqla yanaşı, müasir dinləmə texnologiyalarından istifadə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu MKİ-nin Moskvada terror təhlükəsi ilə bağlı 7 martda etdiyi xəbərdarlıqla bağlı qeyd edib.

O bildirib ki, MKİ günü və terrorçuların Moskvada konkret hara hücum edəcəyindən xəbərsiz ola bilərdi:

"Ancaq terrorçu qruplaşmalardan birinin Moskvada artıq terror planlaşdırdıqları barədə məlumatı olub. Bunu həm terrorçu təşkilatın içindəki MKİ xəfiyyəsi sızdıra, həm də təşkilat müxtəlif dinləmələr üzərindən terror hazırlığı qənaətinə gələ bilərdi.

Eyni sözü müharibələr barədə də söyləmək olar. 2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlamadan bir neçə gün öncə ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri vətəndaşlarına sərhəd bölgəsindən uzaq dayanmağı məsləhət bilmişdi. MKİ əldə etdiyi məlumatlar və apardığı analiz üzərindən müharibənin başlayacağı qənaətinə gəlmişdi. Sadəcə sual olunur: Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki, 2001-ci ilin sentyabrında terrorçuların burnunun ucunda hücumlarını müəyyənləşdirib qarşısını ala bilmədi? Bu mövzu ətrafında bugünə qədər qızğın müzakirələr gedir".

Qeyd edək ki, ötən gün "Krokus Siti Holl"da baş verən teraktda 93 nəfər ölüb, 143 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Rusiya ABŞ-ın terrorla bağlı Rusiyanı xəbərdar etdiyini, lakin konkret məlumat vermədiyini bildirib.

Milli.Az


Etiketlər:  Moskva teraktını MKİ hardan bilirdi


RƏYLƏR