Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 16:57
Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:
EUR.
Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin FED-i tənqid etməsindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşmaya səbəb olmuşdur.
Belə ki, EUR/USD məzənnəsi də 1.10$-dan 1.1061$-a kimi bahalaşıb və sözügedən səviyyənin üzərində qalarsa, 1.11 və 1.12$-a kimi də bahalaşa bilər. Bura Almaniya iqtisadiyyatında inkişafa dair açıqlanan müsbət fundamental göstəricilər də təsir etmişdir.
Lakin bununla yanaşı, Avropada yenidən artan siyasi risklər də diqqət mərkəzində saxlanılmalıdır.
GBP.
GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və 1.2944$-ın üzərində qalarsa, 1.30$-a kimi də bahalaşa bilər.
Burada isə gələcək günlər ərzində İngilətərə polisinin növbədənkənar parlament seçkisi fonunda hakim partiyanın saxtakarlığına dair araşdırmalara başlaması diqqət mərkəzində olacaqdır.
TRY.
Dünya valyuta birjalarında dolların ucuzlaşması, özünü USD/TRY məzənnəsində də göstərməkdədir. Təhlillərə əsasən, məzənnə 5.77TL-nin altında qalarsa, 5.72TL-yə kimi də ucuzlaşa bilər.
OIL.
Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti 64$-a kimi dəyər qazandıqdan sonra ucuzlaşmağa başlayıb və ucuzlaşma 61$-a kimi sürətlənə bilər.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında qızıla tələb yenidən artaraq, 1473$-a (47.4 $/qram) kimi bahalaşmışdır. Keçən həftənin maksimum və minimum səviyyələrində ticarət edilən bir unsiya üzrə qiymət 1446$-ın (46.5 $/qram) üzərində qaldıqca, bahalaşmanın yeni dalğasının şahidi ola bilərik.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin