Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 00:06
"Liverpul"un müdafiəçisi Trent-Aleksandr Arnold yayda komandasını dəyişə bilər.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Real" ingilis futbolçu ilə yaxından maraqlanır.
Madrid klubu 25 yaşlı oyunçu üçün 87,7 milyon avro (70 milyon funt) ödəməyə hazırdır. Amma "Liverpul" əsas futbolçusunu satmaq arzusunda deyil. "Qırmızılar" Trentə 2025-ci ilin yayında bitəcək müqaviləni təzələmək təklifi verəcək.
Qeyd edək ki, Aleksnadr Arnold 2023/2024 mövsümündə 29 oyunda 2 qol vurub və 10 ötürmə ilə yadda qalıb.