Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gövhər Rzayeva: "Öldürülən kürəkənimin yasında evə nəvəmin meyitini gətirdilər" - VİDEO

Gövhər Rzayeva:

Tarix: 25 Mart 2024 11:15

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin yerinə keçib onun sahib olduqlarına sahiblənmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdırlar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Sənətçi bildirib ki, kürəkəninin "40 gün"ü olanda evinə oğlan nəvəsinin meyiti gəlib:

"Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Ora gedib, körpə nəvəmə baş çəkirdi. Kürəkənimin ailəsi həmin uşağın qalmamağını istədilər. Uşaq bir müddət sonra tələf oldu. Elə bil ki, kürəkənimin "40 günü" olanda, nəvəmin çantanın içində meyitini evə gətirdilər".

Əməkdar artist vurğulayıb ki, həm ərini, həm də uşağını itirən qızı böyük sarsıntı keçirib. Ülkəri bu vəziyyətdən çıxartmaq üçün isə qarmon ustadı onu pirləriə apardığını bildirib:

"Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxartmaq üçün pirlərə, "Allah evləri"nə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaqikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də görsün. Qızım Ülkəri istəyən çox bəy olub. Amma hər bir bəyin bir "əmması" oldu. Gedib o fərsizə rast gəlməkdənsə qoy otursun yanımda. Allah 3 şeydə insanı imtahana çəkməsin: "Birincisi yoxsulluqla, ikincisi can sağlığıyla, üçüncü də övladla". Allah heç bir valideynə övlad dağı çəkdirməsin".

2 qız və bir oğlan övladı olan qarmon ustadı onların ailələrindən və nəvələrindən söz açıb.

Rzayeva qızının ikinci dəfə ərə getməsinin arzusunda olduğunu söyləyib:

"Ülkəri mən özüm ərə verdim. Digər qızım özü istədi ərə getdi. Oğlum da sevib ailə qurdu. Oğluma lənkəranlı bir qız almışam. Onların bir oğlan və bir qız övladı var. Bu yaxınlarda oğlumun qızının, yəni nəvəmin toyu oldu. Qız nəvəm "Azərbaycan Diplomatik Akademiya"nı (ADA) bitirib. Oğul nəvəm isə hazırda Türkiyədə təhsil alır. Böyük qızımın isə üç qız övladı var. Bir sözlə o, "cənnətlikdir". Maşallah nəvələrim böyüyür. Qızım Ülkərimdən isə yoxdur. Amma mən çox istəyirəm ki, o yenidən ailə qursun. Özü üçün... Tək qalmasın həyatda. Çünki valideyn hər zaman həyatda olmur. Onun artıq 40 yaşı var. Mən bütün övladlarımı "yerbəyer" etmişəm. Ülkər yanımda olmasaydı, mən ölərdim. Ülkər evimin "dirəyidir". O mənim səliqəm, sahmanımdır. Mən bayırdan gətirirəm, o isə evə baxır. Özü də o qədər təmizkardır".

Milli.Az


Etiketlər:  Gövhər Rzayeva Öldürülən kürəkənimin yasında evə nəvəmin meyitini gətirdilər VİDEO


RƏYLƏR