Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 12:28
Boliviyanın "Real Santa-Kruz" klubunun futbolçusu məşq zamanı ölüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın hücumçusu Gilyermo Denis Beltran dünyasını dəyişib.
24 yaşlı forvard səhər məşqi zamanı yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılsa da, onun artıq vəfat etdiyi məlum olub. Kolumbiyalı hücumçu ürək çatışmazlığından dünyasını dəyişib.
Gilyermo Denis Beltran "Real Santa-Kruz"da 24 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.