Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peskov: Kreml istintaqın gedişi ilə bağlı şərh verməyəcək

Peskov: Kreml istintaqın gedişi ilə bağlı şərh verməyəcək

Tarix: 25 Mart 2024 15:10

Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya xüsusi xidmət orqanlarının "Crocus"da baş verən terror aktı üzərində müstəqil şəkildə işlədiyini, başqa ölkələrdən hər hansı yardımdan söhbət getmədiyini söyləyib.

Peskov qeyd edib ki, baş verən terror aktının araşdırılması ilə bağlı Qərb ölkələri ilə təmas yoxdur.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu gün Moskva vilayətində baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün müşavirə keçirəcəyini də əlavə edib.

Milli.Az


Etiketlər:  Peskov Kreml istintaqın gedişi ilə bağlı şərh verməyəcək


RƏYLƏR