Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik

Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik

Tarix: 26 Mart 2024 00:46

ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatları alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Gələcəkdə bu hücumla ("Krokus Siti Holl" terrorçuları - red.) bağlı əldə etdiyimiz kəşfiyyat məlumatı olarsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki biz terror hücumlarının uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik", - o bildirib.

O qeyd edib ki, Vaşinqton martın əvvəlində Rusiya paytaxtında gözlənilən terror aktı ilə bağlı məlumatları Moskvaya ötürüb.

Miller həmçinin iddia edib ki, Kiyevin bu teraktla heç bir əlaqəsi yoxdur.

Milli.Az


Etiketlər:  Vaşinqton Rus xalqının əziyyət çəkməsini istəmirik


RƏYLƏR