Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dumanın spikeri: Rusiyada ölüm hökmünün bərpası üçün bu qərar kifayətdir

Dumanın spikeri: Rusiyada ölüm hökmünün bərpası üçün bu qərar kifayətdir

Tarix: 26 Mart 2024 14:44

Rusiyada ölüm hökmünə qoyulan moratoriumun ləğvi üçün referendum keçirilməsinə ehtiyac yoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Konstitusiyamızda və cinayət qanunvericiliyində ölüm hökmünü heç kim ləğv etməyib, belə bir hökmün verilməsini təxirə salan Konstitusiya Məhkəməsinin qərarı var, ona görə də hər hansı referenduma ehtiyac yoxdur. Bu məsələ bağlı Konstitusiya Məhkəməsinin qərarı kifayətdir", deyə Volodin dumada ölüm hökmünün bərpası haqqında gedən müzakirələr zamanı qeyd edib.

Milli.Az


Etiketlər:  Dumanın spikeri Rusiyada ölüm hökmünün bərpası üçün bu qərar kifayətdir


RƏYLƏR