Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

Tarix: 27 Mart 2024 01:52

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir

Milli.Az


Etiketlər:  Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib


RƏYLƏR