Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir”

Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir”

Tarix: 27 Mart 2024 19:44

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib.

Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır.

Zaxarovanın sözlərinə görə, Qərb Ermənistan kimi ölkələrə iqtisadi, sosial və digər layihələrlə nüfuz edərək onların "qanını sovurur, əsrlərdən gələn adət-ənənələri, yaşam tərzini dəyişir".

XİN rəsmisi vurğulayıb ki, Qərbin fəaliyyəti heç də onun nüfuz etdiyi ölkənin maraqlarına xidmət etmir, əhalinin rifahına səbəb olmur.

Milli.Az


Etiketlər:  Zaxarova Ermənistan barədə Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir


RƏYLƏR