Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kahramanmaraşda küçələrə şəhidlərimizin adı verildi

Kahramanmaraşda küçələrə şəhidlərimizin adı verildi

Tarix: 28 Mart 2024 12:06

Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı "Qardaş Köməyi" platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi qurulub.

Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.

Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır.

Bundan əlavə, zəlzələdən zərərçəkmiş Kahramanmaraşda "Qardaş Köməyi" platforması tərəfindən böyük iftar süfrəsinin verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az


Etiketlər:  Kahramanmaraşda küçələrə şəhidlərimizin adı verildi


RƏYLƏR