Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 16:02
Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada mitinqdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bəzi Qərb yönümlü qüvvələr Türkiyənin və bölgənin sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb:
"Son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur. Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı".