Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dani Alvesin azadlığa çıxdıqdan sonra İLK İŞİ

Dani Alvesin azadlığa çıxdıqdan sonra İLK İŞİ

Tarix: 28 Mart 2024 17:26

Braziliyalı veteran futbolçu Dani Alves həbsdən çıxdıqdan 1 gün sonra dostları və ailəsi üçün dəbdəbəli ziyafət təşkil edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə İspaniyanın "Record" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, tədbir futbolçunun azadlığa çıxmasına yox, atasının doğum gününə həsr olunub.

Qonaqların səhər saat 5-ə qədər əyləndiyi qeyd edilir.

Xatırladaq ki, braziliyalı bu yaxınlarda 4,5 il həbs cəzasına məhkum edilsə də, girov müqabilində vətəninə göndərilib. Memfis Depayın Dani Alvesin zaminə buraxılması üçün 1 milyon avro ödədiyi bildirilirdi. Lakin niderlandlının agenti bunu şayiə adlandıraraq, xəbəri təkzib edib.

Milli.Az


Etiketlər:  Dani Alvesin azadlığa çıxdıqdan sonra İLK İŞİ


RƏYLƏR