Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada növbəti dəhşətli teraktın qarşısı alındı

Rusiyada növbəti dəhşətli teraktın qarşısı alındı

Tarix: 30 Mart 2024 01:14

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında insanların kütləvi toplaşdığı məkanda terror aktı törədilməsinin qarşısını alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, terakt planını Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər hazırlayıbmış:

"Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı icra etməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısını alıb".

Saxlanılan şəxslərin yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər götürülüb.

Milli.Az


Etiketlər:  Rusiyada növbəti dəhşətli teraktın qarşısı alındı


RƏYLƏR