Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2024 11:22
Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "24News" portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.
Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.