Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfran İsmayılov: “Qarabağ”da belə bir şey ola bilməz”

Əfran İsmayılov: “Qarabağ”da belə bir şey ola bilməz”

Tarix: 30 Mart 2024 12:08

"Qarabağ" çempionatdakı bütün komandalardan bir baş güclüdür. Rahat şəkildə ehtiyat və ya əsas qüvvə ilə hər bir komandaya qalib gələ bilir. Ona görə "Qarabağ"ın erkən çempionluğu gözlənilən idi".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

35 yaşlı veteran oyunçu Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə 6:1 hesabı qalib gələrək çempionluğunu erkən rəsmiləşdirən Ağdam təmsilçisinin mövsümdə çıxışını dəyərləndirib. O bildirib ki, Qurban Qurbanovun komandasının sona 8 tur qalmış qızıl medalları rəsmiləşdirməsi klubun gələcək oyunlarına təsir etməyəcək: "Qarabağ"ın bundan sonra motivasiyasının düşəcəyini düşünmürəm. Rahat şəkildə oynayıb qələbələrini sıralayacaqlar. İnanmıram ki, bundan sonra rahat oynayaq kimi düşüncələrə düşsünlər. Belə bir şey ola bilməz. Çünki kluba Qurban Qurbanov başçılıq edir. "Qarabağ"ı yeni mövsümdən Çempionlar Liqasında izləməyi arzulayırıq. Özüm də orda oynamışam. Bu turnir tamam fərqlidir. Klublar arasında 1 nömrəli yarışdir. Avropa Liqasında "Bayer" və "Braqa"ya qarşı mübarizələr onu göstərir ki, təmsilçimiz bu turnirdə oynamağa layiqdir. Gücü, futbolçuları və keyfiyyətli oyunu var. Arzum gələn il onları qitənin ən güclü klub turnirində görməkdir".

İsmayılov ikinci və üçüncü pillələrə kimin sahib olacağı barəsində danışmaqda çətinlik çəkib: "Bu mövqeyə "Kəpəz" də daxil olmaqla hamı namizəddir. "Araz Naxçıvan" 2-3 oyun ard-arda qalib gəlsə, onlar belə medal qazana bilər. O səbəbdən də bu barədə fikir bildirmək çətindir".

Qeyd edək ki, bu, "Qarabağ"ın 11-ci çempionluğu olub.

Milli.Az


Etiketlər:  Əfran İsmayılov Qarabağda belə bir şey ola bilməz


RƏYLƏR