Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderlandda kafedə girov qalanlar azad edildilər - YENİLƏNİB - VİDEO - FOTO

Niderlandda kafedə girov qalanlar azad edildilər - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 30 Mart 2024 16:56

16:54

Niderland polisi "Petticoat" kafesində insanları girov götürən şəxsi saxlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanından xəbər verilib.

"Sonuncu girov indi azad edildi. Bir nəfər həbs edilib", - deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanının əməkdaşı hələlik başqa məlumat verə bilməyəcyini vurğulayıb.

Məlumata görə, hücumçu gecə klubundan əlləri yuxarı çıxaraq təslim olub.

Ümumilikdə kafedə beş girov olub. Onlardan əvvəlcə üçü, sonra isə ikisi azad edilib.

----------

15:37


Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs "Petticoat" əyləncə mərkəzindəki kafedə insanları girov götürüb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bir nəfər silah və partlayıcı ilə binaya daxil olaraq partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək olub. Əməliyyat davam edir.

Polis Ede sakinlərini mərkəzə gəlməməyə çağırır. Şəhərin bir hissəsi mühasirəyə alınıb, mağazalar hələ də bağlıdır. Ehtiyat tədbiri olaraq 150-yə yaxın ev təxliyə edilib.

Lakin polis hadisənin terrorla bağlı olmadığını ehtimal edib.


Etiketlər:  Niderlandda kafedə girov qalanlar azad edildilər YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ