Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taliban qadınlara zinaya görə BU CƏZANI VERƏCƏK

Taliban qadınlara zinaya görə BU CƏZANI VERƏCƏK

Tarix: 31 Mart 2024 12:10

Talibanın ali lideri Qərb ölkələrinə mesajında ​​bildirib ki, hökumət qadınları zina etdiklərinə görə daşqalaq etmək təcrübəsini rəsmən tətbiq edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda "The Telegraph" məlumat yayıb.

"Tezliklə zinaya görə cəza tətbiq edəcəyik. Qadınlara şallaq vuracağıq. Onlar açıq şəkildə daşqalaq olunacaqlar", - Molla Hibətullah Axundzadə deyib.

Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra ölüm hökmü və açıq edamlar bərpa olunub, qadınların təhsil almasına və işləməsinə ciddi məhdudiyyətlər qoyulub. Bu, beynəlxalq təşkilatların və Qərb ölkələrinin kəskin tənqidinə səbəb olub.

Milli.Az


Etiketlər:  Taliban qadınlara zinaya görə BU CƏZANI VERƏCƏK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ