Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CHP-nin namizədi məntəqədə öldü

CHP-nin namizədi məntəqədə öldü

Tarix: 31 Mart 2024 16:00

Türkiyənin Zonquldaq vilayətinin Ereğli rayonunda Cümruhiyyət Xalq Partiyasının Bələdiyyə Məclisi üzvlüyünə namizədi Hüseyn Çakır ürək tutmasından vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Hadisə ilə bağlı Bələdiyyə Başçısı Halil Posbıyık jurnalistlərə açıqlama verib:

"Seçki günü çox təəssüf edirik. Hüseyn Çakır bizim çox dəyərli qardaşımız idi. Biz onun namizədliyini şəhər şurasına göstərdik. O, demokratiya aşiq bir insan idi. O, seçki öncəsi böyük həvəslə işləyirdi. Bu gün həyəcanla seçkiyə getdik. Allah ona rəhmət eləsin".

Məlumatda Hüseyn Çakırın seçki məntəqəsinin yerləşdiyi orta məktəbdə həm də bina nəzarətçisi olduğu bildirilib.

Milli.Az


Etiketlər:  namizədi məntəqədə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ