Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəlkə, bütün dünya bizimdir? - Köçəryan

Bəlkə, bütün dünya bizimdir? - Köçəryan

Tarix: 1 Aprel 2024 14:06

Söhbət yeni ərazilərin verilməsindən getmir. Başa düşməliyik ki, sülh prosesi nədir və onu hansı yol xəritəsi müşayiət edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini şərh edərkən deyib.

"Bu nədir? Sonda sülhə nail olmaq üçün dediyimiz kimi pozulmayan xətt çəkilməlidir və bu, dövlət sərhədidir. Halbuki əvvəl onlar (müxalifət - red.) bu xəritə olmayanda sözügedən xətti necə çəkdiklərini deyirlər. Cavab olaraq bildiririk ki, əvvəlcə bu xəritəni tapıb onun üzərində danışıqlar aparmalı, xəritəni tapdıqdan sonra dağların, çayların, düzənlərin və s. yerləşdiyi sərhədi müqayisə etməliyik. Silahlı qüvvələr güzgü şəklində geri çəkilməli və orada sərhəd qoşunları yerləşdirilməlidir. Onların olan onların olmalıdır, bizim olan bizim. Ən aktual məsələ bizi və onları ayıran xətdir və ayırıcı xəttin adı milli sərhəddir. Hazırda dövlət sərhədi problemi həll olunur və hamını bu sərhəd narahat edir. Ancaq indi hamı bildirir ki, yox, ən yaxşısı virtual olaraq bütün dünyanın bizim olduğunu deyək", - o bildirib.

Milli.Az


Etiketlər:  Bəlkə bütün dünya bizimdir Köçəryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ