Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon Ermənistan hərbçilərinə təlim keçəcək

Pentaqon Ermənistan hərbçilərinə təlim keçəcək

Tarix: 1 Aprel 2024 15:16

Pentaqonun mütəxəssisləri Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşlarına təlim keçəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu keçirilən mərasimdə adı çəkilən ölkənin ordusunun Baş Qərargah rəisi Edvard Asryan bildirib.

O deyib ki, nazirliklə "Pentaqon" arasındakı razılaşmaya əsasən, təlimlərə ilkin olaraq nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və onun tərkibində fəaliyyət göstərən "Zinuj Media" portalının əməkdaşları cəlb olunub.

Təlimlərin əsas mövzusu ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsidir.


Etiketlər:  Pentaqon Ermənistan hərbçilərinə təlim keçəcək


RƏYLƏR