Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliya Putinə görə BMT ilə danışıqlar aparır

Braziliya Putinə görə BMT ilə danışıqlar aparır

Tarix: 2 Aprel 2024 08:52

Braziliya hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı verdiyi Rusiya Prezidenti Vladimir Putinin ölkəyə gəlişini təşkil etmək üçün səylər göstərir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Braziliya Prezidenti Silvanın administrasiyası Putini noyabrda Rio-de-Janeyroda keçiriləcək G20 sammitində görmək istəyir. Belə bir səfərə əsas maneə Putinin həbsinə order verilməsidir, çünki Braziliya BCM-nin yurisdiksiyasını tanıyır və buna görə də rəsmi olaraq rus liderini həbs etməyə borcludur.

Qeyd olunub ki, Braziliya hökuməti hazırda bütün hökumət rəhbərlərinə xaricə səfərləri zamanı təqib olunmamaq hüququ vermək üçün BMT ilə danışıqlar aparır. Braziliya hökumətinin BMT-yə göndərdiyi təklifdə birbaşa Putinin adı çəkilmir, ancaq "Rusiya liderinin hazırkı vəziyyətinə uyğun gələn" ssenariyə istinad edilir.


Etiketlər:  Braziliya Putinə görə ilə danışıqlar aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ