Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 07:40
ABŞ dövlət katibi Entoni Blinken Parisə səfəri ərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb və onunla Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
"Dövlət katibi Blinken və Prezident Makron Ukraynanın azadlıq mübarizəsinə güclü dəstəyi bir daha təsdiqləyiblər. Onlar həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər.
Qeyd olunur ki, tərəflər həmçinin "Çinin yaratdığı çağırışları" və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.