Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 yaşlı uşağın çantasından 450 minlik narkotik çıxdı

3 yaşlı uşağın çantasından 450 minlik narkotik çıxdı

Tarix: 3 Aprel 2024 08:08

ABŞ-nin Texas ştatındakı müstəntiqlər 3 yaşlı uşağın bel çantasında təxminən 450 min dollar dəyərində narkotik tapıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "People" nəşr yazıb yazır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın bel çantasını açdıqdan sonra plastik torbalarda iki kiloqrama yaxın kokain aşkar ediblər.

Araşdırmalarla məlum olub ki, narkotik maddələri uşağının çantasına anası yerləşdirib.

Qadının avtomobilinin içərisindən təxminən 1,5 kiloqram kokain, az miqdarda marixuana və odlu silah tapılıb.

Milli.Az


Etiketlər:  3 yaşlı uşağın çantasından 450 minlik narkotik çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ