Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə iki avtobus toqquşdu: Hərbçilər yaralanıblar

Türkiyədə iki avtobus toqquşdu: Hərbçilər yaralanıblar

Tarix: 3 Aprel 2024 15:08

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan beşinin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunublar.

Qeyd edək ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Etiketlər:  Türkiyədə avtobus toqquşdu Hərbçilər yaralanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ