Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

0:4-ə görə baş məşqçi döyülüb

0:4-ə görə baş məşqçi döyülüb

Tarix: 3 Aprel 2024 21:08

Polşa futbolunda növbəti xoşagəlməz hadisə baş verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Zaqlembe" klubunun azarkeşləri baş məşqçisi Aleksandr Xatskeviçi döyüblər.

Autsayderin son turda "Katovitse"yə 0:4 hesabı ilə uduzması fanatları qəzəbləndirib. Komandanın məşqi zamanı bazaya daxil olan bir qrup azarkeş belaruslu mütəxəssisin üzünə zərbə endirib və təpikləyib.

Bu, polşalı azarkeşlərin ilk belə hərəkəti deyil. Azərbaycan millisinin futbolçusu Mahir Emreli də "Legiya"da oynadığı vaxt oxşar hadisə ilə üzləşib.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi təyin olunan Xatskeviçin klubdan ayrılacağı gözlənilir.

Milli.Az


Etiketlər:  04 ə görə baş məşqçi döyülüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ