Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kuboku: "Zirə" ilk oyunda qalib gəldi

Azərbaycan Kuboku:

Tarix: 3 Aprel 2024 22:26

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəliblər.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 51-ci dəqiqədə Salifu Suma və 66-cı dəqiqədə Rafael Utziq fərqlənib. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Fares Abu Akel müəyyənləşdirib.

Yarımfinalın ötən gün baş tutan görüşündə "Qarabağ" səfərdə "Neftçi"nin qapısından 4 cavabsız top keçirib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 24-də oynanılacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan Kuboku Zirə ilk oyunda qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ