Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dollar tarix səhnəsindən silinəcək - Makqreqor

Dollar tarix səhnəsindən silinəcək - Makqreqor

Tarix: 4 Aprel 2024 10:18

ABŞ hazırda maliyyə baxımından dünyada dominantlıq edir. Bununla belə, dollar tezliklə Rusiyanın köməyi olmadan da zərbə ala bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Avrasiyanın əksər hissəsində BRİKS valyutasının qızıla bağlandığını görəcəyik. Ekspert qeyd edib ki, Moskva BRİKS-də liderdir və bu təşkilat çox sürətlə inkişaf edir.

Makqreqor bəyan edib ki, BRİKS valyutası inkişaf etməyə başlayan kimi dollar əvvəlki dəyərini itirəcək və sonra ləğv olunacaq:

"ABŞ artan xərcləri ödəmək üçün pul çap edir, lakin bunu nəticələri olmadan sonsuza qədər etmək mümkün deyil".


Etiketlər:  Dollar tarix səhnəsindən silinəcək Makqreqor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ