Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 06:44
İran Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi 29 martdan 4 aprel tarixinə qədər 5 dəfə İrandan İrəvana gəlib.
Axar.az bu barədə təyyarə uçuşları haqda məlumatın əks olunduğu "Flightradar24"-ə istinadən xəbər verir.
İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.
Səfərlərin üçünün Təbriz yaxınlığından - Sarabdan, ikisinin isə Tehrandan həyata keçirildiyi radarlarda əksini tapıb.
Ehtimal edilir ki, təyyarə SEPAH-ın Sarabdakı hərbi bazasından qalxıb.
Belə ki, bu təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub. Hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.
Onun İrəvana nə daşıdığı haqda məlumat yoxdur.