Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 15:50
Aprelin 5-i səhər saatlarına olan məlumata görə, hazırda İsrailin 28 ölkədə fəaliyyət göstərən diplomatik missiyası bağlıdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail XİN-də olan mənbəyə istinadən "NEWSru.co.il" portalı yayıb.
Bildirilir ki, bu, İranın Dəməşqdəki konsulluğuna endirilən zərbələrdən sonra ölkənin İsrailə qarşı səsləndirdiyi təhdidlər ilə əlaqəlidir.
Həmçinin qeyd olunur ki, səfirliklərin bağlanması barədə qərar İsrail Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Xidməti tərəfindən verilib və bu qərar ölkənin ümumi Təhlükəsizlik Xidməti ilə razılaşdırılıb. Diplomatik missiya əməkdaşlarından hələ ki işə gəlməmək, ayıq-sayıqlıq nümayiş etdirmək və müvəqqəti olaraq İsraillə əlaqəli məkanlara getməmək xahiş olunub.
Xatırladaq ki, aprelin 1-i Suriya Müdafiə Nazirliyi İsrail Hərbi-Hava Qüvvələrinin İranın paytaxt Dəməşqdə yerləşən baş konsulluğuna zərbə endirməsi barədə məlumat yayıb. Raket hücumu nəticəsində bina tamamilə dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu insident zamanı 7 iranlı hərbçinin öldüyünü açıqlayıb. İran sözügedən hücumu sərt tənqid edib.