Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəhərin içində bu nə biabırçılıqdır?''

''Şəhərin içində bu nə biabırçılıqdır?''

Tarix: 6 Aprel 2024 09:45

Müğənni Nura Suri Bakıdakı tıxaclardan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. O, Babək prospektinin görüntülərini paylaşaraq süni tıxacın yaradılmasına etiraz edib:

"Yenə sərhədi bağlayıblar. Söhbət Babək prospektindən gedir. Elə bil başqa ölkəyə keçiddir, buradan çıxış yoxdur. O tərəf hər yer boşdur, amma buranı bağlayıblar. Baş aça bilmirəm ki, nə etmək istəyirlər, məqsədləri nədir. Niyə bu yol hər dəfə bağlanır? Tıxacın ucu-bucağı yoxdur. Oğlumun futbolu var idi, gedə bilmədi, çünki mümkün deyil. Elə bil başqa ölkədən gəlmişik və bizi digər ölkəyə belə buraxırlar. Şəhərin içində bu nə biabırçılıqdır. Yollar boşdur, süni tıxac yaratmağın mənası nədir axı? Bilən varsa, bir nəfər desin. Bezdiriblər, iki-üç maşın buraxıb, sonra yenidən bağlayırlar".

Milli.Az


Etiketlər:  Şəhərin içində biabırçılıqdır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ