Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sahura qalxmadan oruc tutmaq kökəldir - Bunları etməsəniz...

Sahura qalxmadan oruc tutmaq kökəldir - Bunları etməsəniz...

Tarix: 6 Aprel 2024 10:27

Ramazan ayında oruc tutarkən həm sağlam qalmaq, həm də immunitet sistemini gücləndirmək vacibdir. Bu dövrdə xüsusilə şirniyyatlar, un məmulatları, delikateslər kimi yüksək karbohidrat və yağ tərkibli qidalar həddindən artıq yeyildikdə çəki artımı qaçınılmaz ola bilər.

Mütəxəssislər bildirir ki, oruc tutmaq immunitet sistemini yeniləyir. Səhhətində heç bir problemi olmayanlar üçün oruc tutmaq bədəni yeniləmək üçün bir fürsət ola bilər.

Həzm orqanizmin ən çox enerji sərf etdiyi sistemlərdən biridir. İstehlak olunan hər yemək üçün (bir dişlək olsa belə) həzm sistemi işə başlayır.

Həzm sistemi bu enerjini sərf edərkən beynin, immunitet sisteminin, əzələlərin və digər mühüm orqan və strukturların enerji ehtiyacları ilə rəqabət apararaq bu funksiyanı yerinə yetirir. Qidaları həzm etmək üçün çox səy göstərən orqanizm bir müddət digər orqanların fəaliyyətini ləngidir. Oruclu həzm sistemini dincəldir və digər orqanların kifayət qədər enerji almasını təmin edir. Bu yolla bütün orqanlar yenilənmək və daha aktiv işləmək imkanı əldə edir. Bu mexanizm çox vacibdir, çünki bu sistemlər arasında immun sistemimiz də var.

Milli.Az yenisabah.az-a istinadən Ramazan ayında qidalanmada edilən əsas səhvləri təqdim edir:

Maye çatışmazlığını qəhvə və çayla aradan qaldırmayın

Uzun müddətli susuzluq bədəni idarə olunan stress altına salaraq onu stimullaşdırır. Bu tip idarə olunan stress (əgər insanın səhhətində problem yoxdursa) həyatda qalma mexanizmini işə salır və sistemlərin yenidən daha yaxşı işləməsi üçün xəbərdarlıq edir. Orucluq dövründə maye çatışmazlığı çay və qəhvə kimi bədəndən suyun xaric olmasını artıran içkilərlə kompensasiya edilməməlidir. İftar və sahurdan sonra 2 saat arasında su, təbii mineral sular və bitki çayları kimi sağlam maye seçimləri ilə su çatışmazlığını doldurmağa çalışmaq lazımdır.

Sahura qalxmamaq maddələr mübadiləsini ləngidir

Bu dövrdə çəki problemi olan bəzi şəxslər Ramazan ayını arıqlamaq üçün bir fürsət olaraq görür və sahura qalxmadan yalnız iftarda yemək yeyirlər. Bu cür "pəhriz" maddələr mübadiləsini alt-üst edərək yavaşladır və sonradan daha artıq çəki artımına səbəb ola bilər. Kökəlməmək üçün sahurda bir quzunu deyil, asan həzm olunan qidaları seçmək məsləhətlidir.

Düzgün qidaları balanslı şəkildə qəbul edin

Ramazan ayında oruc tutan şəxslər digər vaxtlarda olduğu kimi sağlam və balanslı qidalanmaya diqqət etməlidirlər. Bu dövrdə xüsusilə gec və məhdud vaxtlarda yeyilən qidaların düzgün seçilməsi vacibdir.

Yeməyə isti, yüngül şorba ilə başlaya bilərsiniz. Bağırsaq problemi olanlar tərəvəzli şorbalara daha çox üstünlük verməlidirlər.

Sahura qalxmadan oruc tutsanız, oruc tutma vaxtı artdıqca maddələr mübadiləsi sürəti azalır və yorğunluq, baş ağrısı, qan şəkərinin aşağı düşməsi kimi hallar baş verir. Sahurda yüngül yemək çox vacibdir.

Gün ərzində susuzluğun qarşısını almaq üçün duzlu qidalar mümkün qədər az yeyilməlidir.  Xüsusilə sahurda desertlər, bal və mürəbbə kimi yüksək glisemik indeksli qidalar yemək olmaz.

Qəbul edilən qidaları yaxşı çeynənməli və xüsusilə yeməklər arasında bol maye qəbul edilməlidir.

Bədənin şəkər ehtiyacı təzə və ya qurudulmuş meyvələr və bol tərəvəzlə  qarşılanmalıdır.

Milli.Az


Etiketlər:  Sahura qalxmadan oruc tutmaq kökəldir Bunları etməsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ