Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Tarix: 19 Noyabr 2019 16:40

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer təqdim ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, kommersiya tipli printerlərin əksəriyyəti obyektləri yalnız bir materialdan hazırlaya bilir. Bu halda ekstruziyon “3D” çap obyektləri bir neçə materialdan hazırlamağa imkan verir, amma bu proses çox uzun çəkir, kiçik obyektin çapı üçün 10 günədək vaxt lazımdır.

 

Harvard Universitetində hazırlanmış yeni çoxqatlı “3D” çap texnologiyası (MM3D) 8 müxtəlif material arasında sürətli, fasiləsiz və hamar keçid üçün yüksəksürətli təzyiq klapanlarından istifadə edir. Bu, çap prosesini 10 dəfə sürətləndirəcək.

 

Emil Hüseynov




Etiketlər:  Eyni anda materialdan çap edə bilən yeni printer təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ