Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbul Hava Limanı ilkə imza atacaq

İstanbul Hava Limanı ilkə imza atacaq

Tarix: 8 Aprel 2024 15:22

İstanbul Hava Limanı bütün elektrik ehtiyaclarını Eskişehirdə qurulacaq günəş elektrik stansiyasından (GES) qarşılayacaq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bunun üçün təxminən 3 milyon kvadratmetr sahədə 199,32 meqavat gücündə Eskişehir Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində 439 min PV paneli quraşdırılacaq.

İllik 340 milyon kilovat-saat enerji istehsal etməsi hədəflənən Günəş Elektrik Stansiyası ilə İstanbul Hava Limanı dünyada istehlak etdiyi bütün elektrik enerjisini günəş enerjisindən təmin edən ilk hava limanı olacaq.

İlin sonunda istifadəyə verilməsi planlaşdırılan layihəyə 212 milyon avro investisiya qoyulub.

Məlumata əsasən, bu layihə sayəsində 105 min 996 ton karbon qazına ekvivalent istixana qazı emissiyaları ilə qlobal istiləşmə və iqlim dəyişikliklərinin dünyadakı mühüm və narahatedici nəticələrinin yüngülləşdirilməsi hədəflənir.

Milli.Az


Etiketlər:  İstanbul Hava Limanı ilkə imza atacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ