Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Puqaçova bu təhlükəli pəhrizlə arıqlayıb

Puqaçova bu təhlükəli pəhrizlə arıqlayıb

Tarix: 9 Aprel 2024 08:25

Model Anna Kalaşnikova bildirib ki, aktrisa Alla Puqaçova dünya və yerli ulduzlar arasında populyarlaşan diabet xəstələri üçün dərman istifadə etdiyinə görə arıqlayıb.

Sonxeber.net olay-a istinadən yazır ki, o, bu barədə kp.ru-ya danışıb.

"Onun üçün bu dərman təhlükəli deyil. Amma bir çox şəkər xəstəsi olmayan məşhurlar bu iynələrlə öz sağlamlıqlarını məhv edirlər. Bu dərman təyinatı üzrə deyil, arıqlamaq üçün istifadə olunarsa, çox təhlükəlidir", - deyə, bloger vurğulayıb.

O, dərman vasitəsi ilə arıqlamaqla yanaşı, qızına da bu üsulu tövsiyə edən teleaparıcı Dana Borisovanı xatırlayıb. Kalaşnikova bunun təhlükəli pəhriz olduğunu vurğulayıb.

Qeyd edək ki, martda Borisovanın qızı 16 yaşlı Polina Aksenova şəkər xəstələri üçün dərman vasitəsi ilə arıqladığını etiraf etmişdi. Onun sözlərinə görə, bunu ona anası məsləhət görüb. Bir ay ərzində ona iynələr vurulub.

Borisova isə məqsədi qızına kömək etmək olub. O, özünü pis ana hesab etmir.


Etiketlər:  Puqaçova təhlükəli pəhrizlə arıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ