Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya onu beynəlxalq axtarışa verdi - FOTO

Rusiya onu beynəlxalq axtarışa verdi - FOTO

Tarix: 9 Aprel 2024 13:16

Rusiyalı müstəntiqlər Finmarkadan olan Norveç Sami Parlamentinin keçmiş deputatı Sandra Eyranı beynəlxalq axtarışa verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, deputat Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdluluq fəaliyyəti ilə bağlı cinayət işinin istintaqı çərçivəsində axtarışa verilib.

"Ukrayna Beynəlxalq Legionundan olan norveçli qadın Sandra Andersen Eyra silahlı münaqişədə muzdlu hərbçinin iştirakı ilə bağlı cinayət işi üzrə beynəlxalq axtarışa verilib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi)", - deyə məlumatda bildirilib.


Etiketlər:  Rusiya beynəlxalq axtarışa verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ