Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 14:30
"Bütövlükdə xoşbəxt insan yoxdur. Bu mümkün olan bir məsələ deyil. Yalnız dəlilər hər an hər saat və hər gün xoşbəxt ola bilər. Sağlam, şüurlu insanların xoşbəxt anları olur".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
"Özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram"
Könül Kərimova: "Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik edirdi"
Rəqsanə İsmayılova paylaşımı ilə diqqət çəkdi - FOTO
Xoşbəxt olmağa zamanı olmadığını söyləyən sənətçi bildirib ki, bu hissi övladlarının yanında olarkən keçirir:
"İllər sonra dərk edib, başa düşdüm ki, yanlız övladlarımla xoşbəxt ola bilirəm. Başqa cür bacarmıram. Onların üzləri güləndə o qədər xoşbəxt oluram ki... Onlar yaxşıdılarsa mən də yaxşıyam. Mənim xoşbət olmağa vaxtım olmadı. Özümü uşaqlarıma fəda etdim. Ömrümü onlara həsr etdim. Uşaqlarımla qürur duyuram".
Qeyd edək ki, K.Kərimovanın iki övladı var - Rəşad və Ləman. Ləman ailəlidir, bir qızı var. Rəşad isə subaydır. Uzun müddətdir ki, Könül oğlunu evləndirmək istəyir, lakin ona uyğun xanım tapa bilmədiyini söyləyib.