Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 14:40
AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, çempionatın XXIX turunda keçirilən "Neftçi" - "Sumqayıt" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər. 4 futbolçusu sarı vərəqə alan "Sumqayıt" isə 700 manat cərimə ödəməli olacaq.
Həmçinin "Qarabağ"la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan "Səbail" 700 manatlıq cəriməyə məruz qalıb.